Modern.az

Pakistanla Əfqanıstan niyə döyüşür? 

Pakistanla Əfqanıstan niyə döyüşür? 

Dünya

Bu gün, 21:05

Pakistan və Əfqanıstan arasında münasibətlər son günlər kəskin şəkildə gərginləşib. Rəsmi İslamabad və Kabilin açıqlamasına görə, Pakistan ötən gecə Əfqanıstan ərazisində hava zərbələri endirib, Talibanın hərbi postları və sursat anbarları hədəfə alınıb.

Bu addımın Əfqanıstan tərəfinin Pakistan sərhəd qüvvələrinə hücumundan sonra atıldığı bildirilib. Pakistanın müdafiə naziri vəziyyəti “açıq müharibə” adlandırıb.

Modern.az xatırladır ki, Pakistan uzun illər Talibanı dəstəkləsə də, 2021-ci ildə onların hakimiyyətə qayıdışından sonra münasibətlər gözlənildiyi kimi inkişaf etməyib. İslamabad iddia edir ki, “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının rəhbərliyi və döyüşçüləri Əfqanıstan ərazisində sığınacaq tapır və Pakistana qarşı hücumlar həyata keçirirlər. Kabil isə bu ittihamları rədd edir və əksinə, Pakistanı İŞİD döyüşçülərinə sığınacaq verməkdə suçlayır.

Son aylarda sərhəddə toqquşmalar və keçid məntəqələrinin bağlanması ticarətə və hərəkətə ciddi təsir göstərib. Pakistan tərəfi 2024-cü ilin sonundan bəri ölkədə baş verən bir sıra terror aktlarının Əfqanıstanla əlaqəli olduğunu bildirir. Bajaur bölgəsində 11 təhlükəsizlik əməkdaşının və iki mülki şəxsin ölümü ilə nəticələnən son hücuma görə məsuliyyəti TTP üzərinə götürüb.

Analitiklər hesab edir ki, Pakistan hərbi əməliyyatları genişləndirə bilər. Talibanın canlı qüvvəsi təxminən 172 min nəfər olsa da, Pakistan ordusunun 600 mindən çox aktiv şəxsi heyəti və güclü hava qüvvələri var. Pakistan nüvə silahına malikdir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var