ABŞ ordusu Umman körfəzində İran ordusuna məxsus bir korveti vurduğunu və gəminin batmağa başladığını açıqlayıb.
Modern.az xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sosial media hesabında yayılan məlumatda İrana məxsus dəniz vasitəsinin hədəfə alınması barədə açıqlama verilib.
Bildirilib ki, İrana məxsus Jamaran-class corvette hücumların başlanğıcında ABŞ qüvvələri tərəfindən hədəfə alınıb.
Məlumata görə, gəmi Umman körfəzində, İranın cənub-şərqində yerləşən Çabahar Limanı yaxınlığında batmaq üzrədir.
Açıqlamada ABŞ Prezidenti Donald Trumpın “İran silahlı qüvvələri, İnqilab Keşikçiləri və polis əməkdaşları silahlarını yerə qoymalıdır” ifadələri xatırladılıb və gəmidə olanlara “Gəmini tərk edin” çağırışı edilib.