Modern.az

Trump: ABŞ-İsrail hücumlarında 48 iranlı lider öldürüldü

Trump: ABŞ-İsrail hücumlarında 48 iranlı lider öldürüldü

Dünya

Bu gün, 20:30

ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə ABŞ və İsrailin İran əleyhinə davam edən bombardımanları zamanı 48 İranlı lider öldürüldüyünü deyib.

Modern.az xəbər verir ki,  Trump İran əleyhinə əməliyyatlarını Fox News-un Ağ Ev müxbiri Jacqui Heinrich-ə dəyərləndirib:

Trump, İranın nüvə obyektlərini B-2 bombardman təyyarələri ilə hədəf aldıqlarını vurğulayıb: “Bunu etməsəydik, iki həftə içində nüvə silahına sahib olacaqdılar. O zaman bütün bunlar mümkün olmazdı.”

O, həmçinin Hürmüz Boğazının bağlanması və ya neft qiymətləri barədə narahat olmadığını deyərək: “Heç nədən narahat deyiləm. Sadəcə doğru olanı edirəm. Sonda hər şey yoluna girəcək,” deyə əlavə edib.

Trump İran xalqına bir daha çağırış edib: “Öz gələcəyinizi nəzarət altına alın,” və prosesin çox sürətlə davam etdiyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər