Modern.az

Netanyahunun oğlu Amerikada gizlənir

Netanyahunun oğlu Amerikada gizlənir

Dünya

Bu gün, 16:40

İsrailin Baş naziri Binyamin Netanyahunun oğlu Yair ölkəsinin İrana hücum etdiyi vaxtlarda ABŞ-ın Mayami şəhərində gizlənməyi üstün tutur.

Modern.az xəbər verir ki, 25 il ABŞ hökumətində çalışmış beynəlxalq münasibətlər üzrə ekspert Hovard Stoffer “Daily Express US”a bildirib ki, bu, siyasətçinin oğlu üçün böyük səhvdir, çünki o, qaçırıla və ya sui-qəsd hədəfinə çevrilə bilər.

" Əgər polis tərəfindən qorunmasa, o, hədəfə çevriləcək. Əlbəttə, onu yəqin ki, “Mossad” qoruyur. Amma mən əminəm ki, onu izləyirlər", - deyə qeyd edib.

Yair Netanyahunun 34 yaşı var və məlumatlara görə, o, ABŞ-da "qeyri-kommersiya işi" ilə məşğuldur. Ekspert xatırladıb ki, İsrail İrana qarşı əməliyyatlarda iştirak etmək üçün 360.000 nəfəri ehtiyatdan  hərbi toplanışa çağırıb.

Belə bir vaxtda kiçik Netanyahunun ABŞ-da gizlənnməsi və İsrail torpağında xalqı ilə birlikdə olmaması siyasi dairələrdə birmənalı qarşılanmayıb.

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, o və ABŞ dünyanı xilas edirlər. İrana qarşı əməliyyat 28 fevralda başlayıb. Son məlumatlara görə, İrana edilən hücumlar nəticəsində 700-dən çox adam həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada