Modern.az

Ronaldonun Səudiyyədən “qaçdığı” təkzib olundu

Ronaldonun Səudiyyədən “qaçdığı” təkzib olundu

Dünya

Bu gün, 10:24

Sosial mediada Kriştiano Ronaldonun bölgədəki gərgin vəziyyət səbəbindən Yaxın Şərqi tələsik tərk etdiyi barədə yayılan məlumat şayiə adlandırlıb.

Modern.az xəbər verir ki, Ponaldonun oynadığı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu bu barədə açıqlama yayıb.

Komanda portuqaliyalı ulduzun Ər-Riyaddakı təlim-məşq düşərgəsindəki şəklini paylaşıb. Şəkil internetdə qızğın müzakirələrdən sonra ortaya çıxıb: dünən 41 yaşlı hücumçunun 61 milyon funt sterlinq dəyərində şəxsi təyyarəsi ilə Səudiyyəni tərk etiyi iddiası yayılmışdı.

Lakin Ronaldonun özünün Səudiyyə Ərəbistanını heç vaxt tərk etmədiyi artıq təsdiqlənib. Əvvəlki gün klub hücumçunun idman zalında məşq etdiyi videonu da paylaşıb.

Buna baxmayaraq, azarkeşlər Ronaldonu yaxın zamanda meydanda görməyəcəklər. Klub hücumçuya "Əl-Faihy"yə qarşı son matçda aldığı bud əzələsindən zədə diaqnozu qoyulduğunu açıqlayıb.

Rəsmi açıqlamada oyunçunun reabilitasiya proqramına başladığı və vəziyyətinin hər gün qiymətləndiriləcəyi bildirilib.

Ronaldo 3-1 hesablı qələbə zamanı əvəzlənib və xüsusilə qarşıdan gələn böyük beynəlxalq turnirlər nəzərə alınmaqla, zədənin ciddiliyi ilə bağlı narahatlıqlar artır. Medianın məlumatına görə, o, Səudiyyə Ərəbistanı Pro Liqasında gündə təxminən 488.000 funt sterlinq qazanır.

“Əl-Nəsr” və “Əl-Vəsl” arasında Asiya Çempionlar Liqası matçı bölgədəki gərginləşən münaqişə fonunda təxirə salınıb.

Bu fonda Ronaldonun şəxsi təyyarəsi olan “Bombardier Global Express” diqqəti cəlb edib. Uçuş izləmə xidmətlərinin məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanı vaxtı ilə təxminən saat 20:00 radələrində yola düşüb və təxminən yeddi saat sonra Misir və Aralıq dənizi üzərindən uçaraq İspaniya paytaxtına enib.

Məhz bu uçuş ulduzun mümkün gedişi ilə bağlı şayiələrə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneini oğlu əvəzlədi - Pezeşkian 2-ci plana keçdi