İsrail və ABŞ-ın 28 fevralda İrana qarşı hərbi əməliyyatlarının başlamasından bəri 9000 ABŞ vətəndaşı Yaxın Şərqi tərk edə bilib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio mətbuat konfransında çıxışı zamanı bildirib.
Rubio daha 1500 amerikalının təxliyə ilə bağlı kömək istədiyini qeyd edib.
Onun sözlərinə görə, ABŞ vətəndaşlarını çarter, hərbi və kommersiya reysləri ilə təxliyə etmək variantlarını nəzərdən keçirir.
"Hazırkı vəziyyətdə təyyarənin havada olması, lakin hava məkanının bağlanması və geri qayıtmağa məcbur olması halları ilə üzləşmişik. Atışmalar və hava limanının bağlanması səbəbindən uçuşlarda da fasilələr yaranır. O, həmçinin qeyd edib ki, ABŞ səfirlikləri və diplomatik nümayəndəlikləri İranın birbaşa hücumuna məruz qalır. Onların bir çoxunun personalı əvvəlcədən təxliyə edilib. Bölgə ölkələrindəki bəzi diplomatik nümayəndəliklər də fəaliyyətini dayandırıb.