Modern.az

Xamenei ilə üç günlük vida mərasimi başlayır

Xamenei ilə üç günlük vida mərasimi başlayır

Dünya

Bu gün, 10:56

Bu gün Tehranda İranın öldürülən ali lideri Ayətullah Əli Xameneinin cənazəsi ilə vida mərasimi başlayacaq.

Modern.az xəbər verir ki, “Tasnim”in məlumatına görə, bu barədə İran İslam Koordinasiya Şurasının rəhbəri Möhsün Mahmudi bildirib.

O qeyd edib ki, Tehrandakı İmam Xomeyni adına ibadətgahda başlayan vida mərasimi üç gün ərzində gecə-gündüz davam edəcək.

Ali liderin cənazəsi vida mərasimindən sonra Məşhədə aparılacaq və orada dəfn olunacaq.

İran hökuməti Xameneinin ölümündən sonra 40 günlük milli matəm elan edib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərq bölgəsindəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.

İranın ali lideri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslər fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin oğlu da ÖLDÜRÜLƏCƏK! - Yeni əməliyyat başladı