Modern.az

İranda yeni ali rəhbər seçildi

İranda yeni ali rəhbər seçildi

Dünya

8 Mart 2026, 15:54

İranın Ekspertlər Şurası yeni ali rəhbəri seçib, qərar barədə daha sonra elan veriləcək.

Modern.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə şuranın Xorasan-Rəzəvi ostanından olan üzvü Əhməd Ələmülhüda məlumat verib.

"Seçki keçirildi və lider müəyyən edildi", - deyə o bildirib.

O qeyd edib ki, ölkə konstitusiyasına görə, Ekspertlər Şurasının heç bir üzvü fikrini dəyişmək hüququna malik deyil.

Ələmülhüdanın sözlərinə görə, indi hər şey şuranın katibi Ayətullah Hüseyni Buşehridən asılı olacaq, o, qurumun qərarını ictimaiyyətə açıqlamalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...