Modern.az

ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV

ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV

Dünya

9 Mart 2026, 17:13

Rejim devrilənə qədər mübarizə aparmağın maraqlarımıza uyğun olduğundan əmin deyiləm.

Modern.az xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmisi “Washington Post” qəzetinə bildirib:

"Heç kim bunun əbədi davam etməsini istəmir. İran təslim olacaq, lakin ABŞ-ın şərtləri ilə atəşkəsi qəbul etməyə hazır olduğunu göstərə bilər”.

İsrailli rəsmi qeyd edib ki, İsrail-ABŞ bombardman kampaniyası İranın nüvə proqramının qalıqlarını, raket ehtiyatlarını, silah istehsalı müəssisələrini və hərbi-kəşfiyyat rəhbərliyinin böyük hissəsini məhv etmək kimi hərbi məqsədlərə çatmağa yaxındır.

Rəsmi şəxs əməliyyatın nə qədər davam edəcəyi ilə bağlı konkret müddət açıqlamayıb.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!