Modern.az

Makron Kiprə yollanır – bölgə üçün kritik səfər

Makron Kiprə yollanır – bölgə üçün kritik səfər

Dünya

8 Mart 2026, 17:37

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Kiprə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadla məlumat yayıb.

“Makron İran PUA-larının hücumlarına məruz qalan AB üzvü olan dövlətə dəstəyini ifadə etmək niyyətindədir. O, Kipr Prezidenti Nikos Xristodulides və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşəcək.

Müzakirələr Kipr ətrafında və Şərqi Aralıq dənizində regional gərginliyin azaldılmasına kömək etmək üçün Avropa təhlükəsizlik səylərinin gücləndirilməsinə yönələcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İran Kiprdəki Britaniya hərbi bazalarına hücum edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...