ABŞ İranı getdikcə məğlub edir və Tehranın çox az raketi qalıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS News-a müsahibəsində bildirib.
Ağ Ev rəhbəri deyib ki, İranda demək olar ki, hər şey məhv edilib. O, Tehranın çox az raketinin qaldığını vurğulayıb. Prezident Tramp bildirib ki, dronlar və onların zavodları, eləcə də hərbi texnikanın əhəmiyyətli bir hissəsi olan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər məhv edilib.