Modern.az

İranın ABŞ və İsrailə qarşı "Dəli əməliyyatı" - Tehranın məqsədi AÇIQLANDI

İranın ABŞ və İsrailə qarşı "Dəli əməliyyatı" - Tehranın məqsədi AÇIQLANDI

Dünya

8 Mart 2026, 21:24

ABŞ-ın İrana qarşı müharibənin ilk həftəsindəki hərbi xərcləri təxminən 6 milyard dollar təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə "Nyu-York Tayms" qəzeti ABŞ rəsmilərinin Konqresə təqdim etdiyi hesabata istinadən məlumat yayıb.

Tramp administrasiyasının tezliklə əməliyyatı davam etdirmək üçün əlavə maliyyələşdirmə tələb edəcəyi gözlənilir. Pentaqonun ilkin hesablamalarına görə, hərbi xərclərin dəyəri gündə 1 milyard dollara çata bilər və Ağ Ev bunun dörd-altı həftə davam edəcəyini proqnozlaşdırır.

İran da öz növbəsində münaqişəni uzatmaq strategiyasını qəbul edib və onu rəqibi üçün mümkün qədər baha başa gətirməyi hədəfləyir. Bu strategiyaya "Dəli əməliyyatı" kod adı verilib. Tehran ümid edir ki, ABŞ və İsrail sonda döyüşləri davam etdirməmək məcburiyyətində qalacaqlar.

ABŞ və İsrail 28 fevralda İrana hücum etməyə başlayıblar. İslam Respublikası icə cavab olaraq İsrailə və körfəz ölkələrindəki Amerika hərbi bazalarına zərbələr endirir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...