Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apardığını açıqlayıb.
Modern.az xəbər verir ki, Makron sosial media səhifəsində danışıq zamanı İranı regiondakı digər ölkələrə hücumlarını dayandırmağa və Hörmüz boğazını bağlamaq planından imtina etməyə çağırdığını bildirib.
Fransa lideri həmçinin ABŞ və İsraillə İran arasındakı münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıb.