Modern.az

Ayətullah Sistani də ABŞ-la cihada qoşuldu

Ayətullah Sistani də ABŞ-la cihada qoşuldu

Dünya

Bu gün, 00:30

İraqın şiə lideri Ayətullah Seyid Əli Sistani İran İslam Respublikasının müdafiəsi məqsədilə fətva verib.

Modern.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin məlumatında bildirilib.

SEPAH-ın mətbuat xidmətinin açıqlamasında deyilir: "İraqın ən yüksək şiə dini rəhbərlərindən biri olan Ayətullah Seyid Əli Sistani,tərəfdarlarından birinin dini sorğusuna cavab olaraq İran İslam İrespublikasını müdafiə etmək üçün kollektiv cihadın vacibliyini vurğulayıb".

Bir müddət əvvəl İranın Ayətullah Məkarim Şirazi İranla Qərb ölkələri arasında artan münaqişəyə cavab olaraq ABŞ və İsrailə qarşı cihadın başlandığını elan etmişdi. İndi isə İraq Ayətullah Əli Sistani şiə dini liderlərinin çağırışlarına qoşularaq İran İslam İnqilabını müdafiə etmək üçün kollektiv cihadın vacibliyi barədə fətva verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...