Modern.az

Makrondan Ermənistan-Azərbaycan sülh prosesinə DƏSTƏK

Makrondan Ermənistan-Azərbaycan sülh prosesinə DƏSTƏK

Dünya

Bu gün, 01:08

Fransa Prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə dəstəyini bir daha təsdiqləyib.

Modern.az xəbər verir ki, Makron bu barədə X sosial media platformasında yazıb.

O, martın 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını xatırladıb.

"Regional liderlərlə məsləhətləşmələr çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım və İranın ölkəsinə hücumlarından sonra ona dəstəyimizi və həmrəyliyimizi bildirdim. Həmçinin vətəndaşlarımızın təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana minnətdaram. Bu fürsətdən istifadə edərək Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə dəstəyimizi və Bakı ilə daha möhkəm təməl üzərində ikitərəfli dialoqu davam etdirmək istəyimizi bir daha təsdiqlədim",- Makron yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...