Ayətullah Seyid Müctəba Xamenei İranın yeni Ali Lideri olub.
İranın Ekspertlər Şurası səslərin böyük əksəriyyəti ilə Ayətullah Hacı Seyid Müctəba Xameneini İran İslam Respublikasının üçüncü Ali Lideri kimi təqdim edib.
Modern.az “Tasnim” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ekspertlər Şurası bəyanat yayıb.
Müctəba Xamenei İranın fevralın 28-də öldürülən mərhum rəhbəri Ayətullah Əli Xameneinin oğludur.
Əli Xamenei 1989–2026-cı illər arasında İranın ikinci Ali Lideri olub.