Modern.az

Tramp Xameneinin maketini ələ saldı - VİDEO

Tramp Xameneinin maketini ələ saldı - VİDEO

Dünya

Bu gün, 14:46

ABŞ prezidenti Donald Tramp Fox News telekanalının “The Ingraham Angle” verilişində gözlənilməz bir addım atıb.

Modern.az-ın məlumatına görə, Tramp aparıcı Laura İnqrahama Oval kabinetdə gizlədilmiş qeyri-adi bir əşyanı göstərib.

Belə ki, söhbət əsnasında Tramp pəncərəyə yaxınlaşıb və pərdəni çəkib, nəticədə İranın mərhum Ali Lideri Əli Xameneinin kartondan hazırlanmış bir fiquru ortaya çıxıb. Prezidentin sözlərinə görə, fiqur bir gün əvvəl hazırlanıb.

Kadrlarda kartondan hazırlanmış siluetin baş hissəsində nəzərə çarpan zədələr görünüb. Tramp görüntünü şərh edərkən bunu “çox əla” adlandırıb və əlavə edib ki, fiquru aparıcıya elə müsahibə zamanı göstərmək qərarına gəlib.

Teleaparıcı İnqraham gözlənilməz görüntüyə təəccüblə reaksiya verib.

İranın mərhum Ali Lideri Əli Xamenei ABŞ və İsrailin fevralın 28-də Tehrana endrdiyi aviazərbələr zamanı həlak olub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV