Rusiyanın "WarGonzo" layihəsinin müəllifi Yevgeni Nikolayev ölüb.
Modern.az xəbər verir ki, məlumatı Rusiyanın Telegram kanalları dərc edib.
Y.Nikolayev Ukrayna ərazisində döyüş yoldaşlarını təhlükəli ərazidən çıxarmağa çalışarkən ölüb.
O, Slavyansk istiqamətində pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olub.
Yevgeni Nikolayev "Rodnya" bölməsinin komandiri və "WarGonzo" layihəsinin yaradıcısı idi.