Modern.az

Müctəba Xameneinin yaralandığı təsdiqləndi, vəziyyəti AÇIQLANDI

Müctəba Xameneinin yaralandığı təsdiqləndi, vəziyyəti AÇIQLANDI

Dünya

Bu gün, 17:54

İran İslam Respublikasının rəsmi şəxslərindən biri martın 11-də “Reuters”  agentliyinə bildirib ki, yeni Ali Rəhbər Müctəba Xamenei yüngül xəsarətlər alıb, lakin vəzifəsinin icrasını davam etdirir.

Modern.az-ın məlumatına görə, rəsmi şəxs Müctəba Xameneinin nə vaxt yaralandığını və Ali Rəhbər seçiləndən sonra niyə heç bir açıqlama vermədiyininə aydınlıq gətirməyib.

Qeyd edək ki, bu günün əvvəlində İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Ali Rəhbər Müctəba Xameneinin İsrail və ABŞ-ın zərbələri  zamanı xəsarət aldığı barədə xəbərlərdən sonra vəziyyətinin yaxşı olduğunu bildirib.

Hökumətin müşaviri Yusif Pezeşkian Telegram kanalındakı paylaşımında bildirib: "Cənab Müctəba Xameneinin xəsarət aldığı xəbərini eşitdim. Geniş əlaqə şəbəkəsi olan bəzi dostlarımdan soruşdum və onlar dedilər ki, Allaha şükür ki, yaxşıdır".

Yüksək vəzifəli İsrail rəsmisi "Reuters" agentliyinə bildirib ki, Tel-Əvib kəşfiyyatının qiymətləndirməsi yeni Ali Rəhbərin yüngül xəsarətlər aldığını göstərir və bu, onun münaqişə başlayandan bəri ictimaiyyətin diqqətindən kənarda qalmasını izah edə bilər.

Müctəba Xameneinin yüngül xəsarətlər alması barədə xəbəri Qətərin "Əl-Cəzirə" telekanlı da yayımlayıb.

"Nyu-York Tayms" qəzetinin adı açıqlanmayan üç İran rəsmisinə istinadən verdiyi məlumata görə, M.Xamenei ayaqlarından bəzi xəsarət alıb, lakin huşunu itirməyib və məhdud təmasla möhkəmləndirilmiş yerdə gizlənir.

Bir müddət əvvəl İsrailin müdafiə naziri İsrael Katz hazırkı İran rəhbərliyi tərəfindən təyin edilən hər hansı bir liderin "sui-qəsd üçün açıq hədəf" olacağını bildirmişdi.

Müctəba Xamenei 28 fevral 2026-cı ildə - müharibənin ilk günündə həlak olan atası Əli Xameneinin yerinə seçilib.

Martın 8-də Ali Lider seçilən Müctəba Xameni hələ ki İran xalqına müraciət etməyib və ya heç bir yazılı açıqlama verməyib. O, nadir hallarda ictimaiyyət qarşısına çıxması və ya rəsmi tədbirlərdə çıxış etməsi ilə tanınır.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV