Modern.az

İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar

İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar

Dünya

Bu gün, 18:16

Türkiyədə İYİ Partiyanın sədri Müsavat Dərvişoğlu son günlər regionda baş verən hadisələr fonunda Azərbaycan-Türkiyə münasibətlərinə qarşı aparılan kampaniyalar barədə sərt açıqlama verib.

Modern.az-ın məlumatına görə, M.Dərvişoğlu bildirib ki, İran ətrafında baş verən müharibə fonunda Azərbaycanla Türkiyə arasında nifaq salmaq üçün məqsədli və sistemli şəkildə informasiya mühiti formalaşdırılır.

Onun sözlərinə görə, bu cəhdlərin arxasında Türkiyəni ən yaxın müttəfiqindən uzaqlaşdırmaq və Qafqazdakı təsirini zəiflətmək istəyən qüvvələr dayanır.

Dərvişoğlu qeyd edib ki, bu cür oyunları görür və onların arxasında dayanan dairələrin kim olduğunu yaxşı bilirlər.

“Azərbaycanla münasibətlərimiz sadəcə siyasi əlaqə deyil, bu, milli və qardaşlıq bağlarıdır. Eyni zamanda enerji, ticarət və geosiyasi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır. Bu münasibətlər Türk dünyasına uzanan damar kimidir və hər iki ölkə üçün geosiyasi nəfəs borusu rolunu oynayır”, -deyə o vurğulayıb.

İYİ Partiya lideri bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə Türk dövlətlərinin birliyi daha da möhkəmlənməlidir. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası başda olmaqla bütün Türk dövlətləri bu çətin dövrdə daha sıx əməkdaşlıq etməlidir.

Dərvişoğlu əlavə edib ki, hazırkı dövr təkbaşına hərəkət edənlərin deyil, qardaşları ilə birlikdə gücünü qoruyan dövlətlərin dövrüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV