Modern.az

İran bütün dünyanı təhdid etdi: “Neft 200 dollar olacaq!”

İran bütün dünyanı təhdid etdi: “Neft 200 dollar olacaq!”

Dünya

Bu gün, 20:11

İran dünya bazarlarını ciddi enerji böhranı ilə hədələyib.

Modern.az-ın məlumatına görə, ölkənin hərbi rəhbərliyinin nümayəndəsi İbrahim Zolfaqari bildirib ki, regiondakı təhlükəsizlik vəziyyəti dəyişməzsə, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Qeyd edək ki, İran qüvvələri Hörmüz boğazı yaxınlığında bir neçə ticarət gəmisinə atəş açıb. Nəticədə Tayland bayrağı altında üzən yük gəmisi yanaraq zərər görüb, ekipaj üzvləri təxliyə edilib, üç nəfərin isə itkin düşdüyü bildirilir. Bundan başqa, Yaponiya və Marşall adaları bayrağı altında üzən digər gəmilərin də mərmilərdən zərər gördüyü qeyd olunur.

Məlumata görə, müharibə başlayandan bəri bölgədə zərər görən ticarət gəmilərinin sayı 14-ə çatıb. Hörmüz boğazında təhlükəsiz hərəkətin pozulması isə qlobal enerji bazarları üçün 1970-ci illərin neft böhranından bəri ən ciddi təchizat risklərindən biri kimi qiymətləndirilir.

Beynəlxalq Enerji Agentliyi vəziyyəti sabitləşdirmək üçün qlobal strateji ehtiyatlardan 400 milyon barel neft buraxılmasını təklif edib. Buna baxmayaraq, ekspertlər boğazın bağlanmasının dünya neft tədarükünə ciddi təsir göstərə biləcəyini bildirirlər.

Hazırda neftin qiyməti təxminən 90 dollar səviyyəsində qalsa da, İran rəsmiləri regiondakı müharibənin uzanacağı təqdirdə dünya iqtisadiyyatının güclü sarsıntı ilə üzləşə biləcəyini vurğulayırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV