ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) Kaliforniya ştatındakı polis idarələrinə mümkün İran dron hücumları ilə bağlı xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, bu barədə "ABC News" nəşri məlumat yayıb.
Məlumata görə, FBI tərəfindən hüquq-mühafizə orqanlarına göndərilən xəbərdarlıqda bildirilir ki, İran ABŞ-ın son hücumlarına cavab olaraq ölkənin qərb sahillərinə qarşı dronlardan istifadə edə bilər. Sənəddə xüsusilə Kaliforniya və ümumilikdə ABŞ-ın Qərb Sahili regionunun potensial hədəf ola biləcəyi vurğulanır.
Nəşrin nəzərdən keçirdiyi xəbərdarlıq sənədinə əsasən, FBI mümkün təhlükə ilə bağlı Kaliforniya üzrə müxtəlif polis qurumlarını məlumatlandırıb və ehtiyat tədbirlərinin gücləndirilməsini tövsiyə edib. ABŞ rəsmiləri ehtimal olunan risklə bağlı əlavə təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyini bildirirlər.