Modern.az

İran “nüvə bombası” atdı, DÜNYA ŞOKDA  

İran “nüvə bombası” atdı, DÜNYA ŞOKDA  

Dünya

11 Mart 2026, 23:44

Yaxın Şərqdə gərginlik yeni və daha təhlükəli mərhələyə qədəm qoyur. ABŞ, İsrail və İran arasında 12 gündür yaşanan qarşıdurma son hadisələrdən sonra tamamilə fərqli bir səviyyəyə yüksəlib. Regionda baş verən proseslər artıq yalnız hərbi qarşıdurma ilə məhdudlaşmır. İndi baş verənlər qlobal iqtisadi təhlükə kimi qiymətləndirilir.

Son günlər İrana müasir texnoloji silahlarla zərbələrə endirilir. Tehran üçün olum-ölüm zamanı başlayıb. Odur ki, bu ölkə daha sərt addımlar atır. İran rəhbərliyi cavab addımı kimi klassik hərbi silahlardan daha təsirli hesab edilən başqa bir “silahı” işə salıb. Bu silah nüvə başlığından da təhlükəli olan strateji coğrafi mövqedir.

Söhbət dünyanın ən mühüm enerji arteriyalarından biri olan Hörmüz boğazından gedir. Bu boğaz faktiki olaraq qlobal enerji təhlükəsizliyinin mərkəzi nöqtələrindən biridir. Dünya neft tədarükünün böyük hissəsi məhz bu dar su yolu vasitəsilə daşınır.

İran uzun illərdir ki, Hörmüz boğazını geosiyasi təzyiq aləti kimi istifadə edə biləcəyini açıq şəkildə bəyan edir. Tehran bəyan etmişdi ki, əgər ona qarşı hərbi və ya siyasi təzyiq artarsa, boğazın bağlanması variantına baxacaq. İndi bu məsələni gerçəkləşdirir. Bu isə faktiki olaraq dünya iqtisadiyyatına vurulan “nüvə silahı” zərbəsi deməkdir.

Ekspertlər bu vəziyyəti “enerji nüvə silahı” kimi xarakterizə edirlər. Çünki Hörmüz boğazının bağlanması nüvə zərbəsi qədər dağıdıcı olmasa da, qlobal iqtisadi sistemi ciddi şəkildə məhv edəcək. İranın əlində olan bu alət nüvə silahından belə təhlükəli hesab edilir.

Artıq bazarlarda ilk reaksiyalar müşahidə olunmağa başlayıb. Son məlumatlara görə, dünya bazarında neftin bir barelinin qiyməti 92 dolları keçib. Bu isə gərginliyin enerji bazarına birbaşa təsirinin ilk siqnallarından sayılır. Dünya İranın Hörmüz siyasətindən şokdadır.

İran rəsmiləri isə daha sərt xəbərdarlıqlar səsləndirir. Onlar bildirirlər ki, əgər regionda müharibə daha da genişlənərsə, neftin qiyməti 200 dollara qədər qalxa bilər. Belə bir ssenari qlobal iqtisadiyyatı yandıra bilər.

Enerji qiymətlərinin kəskin artması dünya ölkələrinin iqtisadi sabitliyinə birbaşa təsir edir. Burada İinflyasiya dalğası qaçılmaz olacaq. Xüsusilə enerji idxalından asılı olan ölkələr üçün vəziyyət daha böyük fəlakət vəd edir.

Avropa ölkələri artıq bu ehtimalı ciddi şəkildə müzakirə edir. Çünki Ukrayna müharibəsindən sonra enerji bazarında yaranan böhran hələ də tam aradan qalxmayıb. İndi isə Yaxın Şərqdə yeni risklər meydana çıxır.

ABŞ da vəziyyəti diqqətlə izləyir. Vaşinqton üçün Hörmüz boğazının təhlükəsizliyi strateji məsələ hesab olunur. ABŞ donanması illərdir bu bölgədə məhz enerji marşrutlarını qorumaq məqsədilə mövcuddur.

İsrail isə İranın artan təsirindən ciddi narahatdır. Tel-Əviv hesab edir ki, İranın regional gücü yalnız hərbi potensialla ölçülmür. Tehran həm də strateji coğrafi mövqeyindən istifadə etməklə təsir dairəsini genişləndirə bilir.

Analitiklər bildirirlər ki, İran faktiki olaraq dünyaya mesaj verir. Mesajın mahiyyəti belədir ki, İran sıxışdırılarsa, dünya iqtisadiyyatı da bundan çox böyük zərər görəcək. Bu isə klassik hərbi qarşıdurmadan fərqli bir strategiyadır. İran bu yolla müharibəni həm də iqtisadi müstəvidə aparmağa çalışır.

Hazırkı vəziyyət onu göstərir ki, Yaxın Şərqdə enerji resursları mübarizənin əsas alətlərindən birinə çevrilib. Əgər gərginlik daha da artarsa, dünya iqtisadiyyatını dərin böhran bürüyəcək. Neft qiymətlərinin kəskin bahalaşması bunun başlanğıcı ola bilər.

Bu isə İranın faktiki olaraq “nüvə silahı” kimi istifadə etdiyi Hörmüz boğazının nə qədər güclü təsirə malik olduğunu göstərir.

Regionda vəziyyət hər an dəyişə bilər. Lakin bir həqiqət artıq aydındır: Yaxın Şərqdə baş verənlər bütün dünyanın taleyinə təsir edir. İranın istifadə etdiyi strategiya göstərir ki, müasir dövrdə müharibələr raketlərlə yanaşı enerji və iqtisadi alətlərlə də aparılır. Dünya isə bu acı reallıqla üz-üzə qalıb.

Elnur ƏMİROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV