Rusiya Prezidenti Vladimir Putin general Pavel Konovalçiki Təhlükəsizlik Şurasının köməkçi katibi vəzifəsindən azad edib.
Modern.az xəbər verir ki, fərman Rusiya Federasiyasının Hüquqi Aktlar Portalında dərc edilib.
Konovalçik Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun komandasının üzvüdür. O, əvvəllər Şoyqunun rəhbərliyi altında Müdafiə Nazirliyində xidmət edib və bəzi məlumatlara görə, informasiya əməliyyatları qüvvələrinə rəhbərlik edib. Konovalçik Təhlükəsizlik Şurasına Şoyqunun yeni təyinatından qısa müddət sonra, 2024-cü ilin iyul ayında qoşulub.