İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehrandakı Qüds Gününə həsr olunmuş nümayişdə ABŞ prezidenti Donald Trampa müraciət edib.
Modern.az xəbər verir ki, Laricaninin sözlərinə görə, Tramp İran xalqının yetkin, güclü və qətiyyətli olduğunu başa düşmür.
“ABŞ təzyiqi nə qədər çox olarsa, xalqın iradəsi də bir o qədər güclü olar".
Laricani Trampı müharibədən çəkinməyə çağırıb.
Tehrandakı etiraz yürüşündə İran prezidenti Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Ejei, Milli Polisin rəhbəri Sərdar Əhmədrza Radan, İran Atom Enerjisi Təşkilatının (AEOI) direktoru Məhəmməd Eslami, yollar və şəhərsalma naziri Fərzanə Sadiq də olub.
Bu arada, İran mediası İsrail ordusunun İran paytaxtının bəzi hissələri üçün təxliyə xəbərdarlığı verdikdən sonra Tehranın mərkəzində bir neçə güclü partlayış baş verdiyini bildirib.
Məlumata görə, partlayış səsləri şəhər mərkəzindəki İnqilab meydanı, Firdovsi meydanı və Hicab küçəsi ərazisində eşidilib.
Bu gün İran şəhərlərində Qüds Gününü qeyd etmək üçün genişmiqyaslı nümayişlər keçirilir. Tehranda etirazçılar xəbərdarlıqlarına baxmayaraq küçələrə çıxıblar.