Modern.az

İrana çox sərt zərbələr endirəcəyik TRAMP

İrana çox sərt zərbələr endirəcəyik - TRAMP

Dünya

Bu gün, 16:10

ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlama verib.

Modern.az xəbər verir ki, Tramp Fox News telekanalının aparıcısı Brian Kilmeade ilə telefon müsahibəsində ABŞ-ın zərurət yaranacağı təqdirdə Hörmüz boğazından keçən neft tankerlərinə hərbi müşayiət təmin edə biləcəyini bildirib.

“Lazım gələrsə, bunu edərik”, - deyə Tramp qeyd edib. O, ABŞ ordusunun İranla münaqişə fonunda bağlanmış su yolundan keçən tankerləri qorumağa hazır olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib ki, belə bir addımın atılmasına ehtiyac yaranmayacağına ümid edir.

“Ümid edirəm ki, işlər çox yaxşı gedəcək. Nə baş verəcəyini görəcəyik”, -deyə ABŞ prezidenti əlavə edib.

Tramp eyni zamanda İranın son hərbi əməliyyatlardan sonra uzunmüddətli bərpa prosesi ilə üzləşəcəyini iddia edib. Onun sözlərinə görə, ABŞ artıq İrana ciddi zərər vurub və ölkənin əvvəlki vəziyyətinə qayıtması üçün illər lazım olacaq.

ABŞ prezidenti həmçinin yaxın günlərdə İrana qarşı daha sərt addımların atılacağını da istisna etməyib. “Növbəti həftə ərzində onlara çox sərt zərbələr endirəcəyik”, - deyə Tramp bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?