ABŞ-ın müharibə naziri Pet Heqet İranın yeni Ali Lideri Müctəba Xamenei barədə açıqlama verib.
Modern.az xəbər verir ki, Heqset ABŞ-ın son hərbi əməliyyatları nəticəsində İran rəhbərliyinin ciddi şəkildə zəiflədiyini və ölkə rəhbərliyinin çətin vəziyyətlə üz-üzə qaldığını bildirib.
“İran rəhbərliyi yaxşı vəziyyətdə deyil. Onlar çarəsiz vəziyyətdədir və yeraltında gizlənirlər. Bu, siçovulların etdiyi şeydir”, -deyə Heqset jurnalistlərə açıqlamasında deyib.
Nazir həmçinin Müctəba Xameneinin dövlət televiziyası vasitəsilə yayıldığı iddia edilən ilk mesajına da şübhə ilə yanaşıb. O qeyd edib ki, bəyanat yalnız yazılı formada yayılıb, səs və ya video təqdim olunmayıb.
“Dünən zəif bir bəyanat yayımlandı, amma səs və video yox idi. İranın çoxlu kameraları və səsyazma imkanları var. Bəs niyə yalnız yazılı bəyanat? Məncə, bunun səbəbini hamı başa düşür”,-deyə o vurğulayıb.
Heqset əlavə edib ki, İranın əvvəlki Ali Lideri Əli Xameneinin ölümündən sonra ölkədə hakimiyyət daxilində ciddi qarışıqlıq yaranıb və yeni rəhbərliyin legitimliyi sual altındadır:
“Onun atası ölüb. O qorxur, yaralanıb, qaçır və legitimliyi yoxdur. Bu, onlar üçün tam bir qarışıqlıqdır”.
Pet Heqet Müctəba Xameneinin "yaralandığını və çox güman ki, eybəcər hala düşdüyünü" bildirib:
"Biz bilirik ki, yeni, sözdə o qədər də ali olmayan lider yaralanıb və çox güman ki, eybəcər hala düşüb".