Modern.az

G7 ölkələrindən Trampa çağırış: Müharibəni tez bitir!

G7 ölkələrindən Trampa çağırış: Müharibəni tez bitir!

Dünya

Bu gün, 17:04

G7 ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampı Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranan iqtisadi itkilərə görə İrana qarşı əməliyyatı mümkün qədər tez dayandırmağa çağırıblar.

Modern.az xəbər xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, 11 martda telefon danışığı zamanı G7 liderləri Hörmüz boğazından keçən gəmiçilik yollarının "mümkün qədər tez təhlükəsiz" olmasının vacibliyini vurğulayıblar.

Tramp da öz növbəsində boğazdakı vəziyyətin yaxşılaşdığını və ticarət gəmilərinin tezliklə oradan keçə biləcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?