Modern.az

Rusiya İrana kömək edir - Tramp

Rusiya İrana kömək edir - Tramp

Dünya

Bu gün, 17:14

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin İrana kömək edə biləcəyini bildirib.

Modern.az xəbər verir ki, Tramp Fox News-a müsahibəsində bildirib: "Düşünürəm ki, o, onlara bir az kömək edə bilər, bəli, yəqin ki”.

"Və o, yəqin ki, bizim Ukraynaya kömək etdiyimizi düşünür, elə deyilmi?" - deyə Amerika prezidenti soruşub.

Aparıcı Brayan Kilmid Vaşinqtonun həqiqətən də Kiyevə kömək etdiyini soruşub.

"Bəli, biz də onlara kömək edirik", - Donald Tramp təsdiqləyib.

"Və o (Putin – red.) belə deyir və Çin də eyni şeyi deyərdi. Düzünü desəm, onlar bunu edirlər, biz də edirik".

"The Washington Post" mənbələrə istinadən bildirib ki, Rusiya Yaxın Şərqdəki Amerika hərbi obyektlərinin yerləri barədə İranla məlumat paylaşır. Kreml bu ittihamlara münasibət bildirməkdən imtina edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?