Modern.az

Trampın növbəti hədəfi olan ölkə – AÇIQLANDI

Trampın növbəti hədəfi olan ölkə – AÇIQLANDI

Dünya

Bu gün, 21:08

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı iqtisadi təzyiq siyasətini gücləndirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun məqsədi Kubanı maliyyə baxımından ABŞ-dan asılı vəziyyətə salmaqdır. Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası bu yolla ölkədə siyasi dəyişikliklərə nail olmağa və hazırkı rəhbərliyin dəyişməsinə şərait yaratmağa çalışır.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Tramp və onun tərəfdarları Kuba prezidenti Migel Dias-Kaneli ölkə iqtisadiyyatını tənəzzülə uğratmaqda ittiham edirlər. ABŞ administrasiyası hesab edir ki, mövcud rəhbərlik Kubada siyasi və iqtisadi islahatlar həyata keçirmək iqtidarında deyil.

Martın 13-də Migel Dias-Kanel ölkədə yaranmış iqtisadi böhran səbəbilə ABŞ hökuməti ilə danışıqlar aparıldığını açıqlayıb. Bildirilir ki, Venesuela prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasından sonra Venesueladan Kubaya neft tədarükü dayandırılıb.

Bundan sonra ABŞ prezidenti Kubaya neft ixrac edən ölkələrin mallarına əlavə rüsumların tətbiqi barədə fərman imzalayıb. Bu qərar adada yanacaq çatışmazlığına və elektrik enerjisi təminatında ciddi fasilələrə səbəb olub.

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?