Modern.az

Tramp Putinin İranla bağlı təklifini RƏDD EDİB

Tramp Putinin İranla bağlı təklifini RƏDD EDİB

Dünya

Bu gün, 08:56

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin İranla bağlı təklifini rədd edib.

Modern.az xəbər verir ki, bu barədə “Axios”un məlumatında deyilir.

Qeyd edilir ki, Putin tərəfindən irəli sürülən təklif belə olub: İranın zənginləşdirilmiş uranı Rusiyaya göndərilsin, bunun müqabilində isə ABŞ və İsrailin İrana qarşı hucumlarına son qoyulsun.

Nəşrin məlumatına görə, Putin bu təklifi bu həftə Trampla telefon danışığı zamanı irəli sürüb. Lakin Tramp onu qəbul etməyib.

ABŞ və İsrail fevralın 28-dən İrana hücuma başlayıblar. Bu hücumlar nəticəsində İranda böyük dağıntılar əmələ gəlib, ölkənin Ali Lideri Əli Xamenei və idarəçilikdə yüksək vəzifələr tutan komandanlıq məhv edilib.

İran isə buna cavab olaraq İsraili və ABŞ-ın Yaxın Şərq ölkələrindəki bazalarını vudmağa başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?