Modern.az

İran İsrailə yeni zərbələr endirib - SEPAH

İran İsrailə yeni zərbələr endirib - SEPAH

Dünya

Bu gün, 11:11

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin zərbələrinə cavab olaraq "Əsl Vəd-4" əməliyyatının 48-ci dalğasını həyata keçirib. Əməliyyatda İsrail və regiondakı hədəflərə qarşı müxtəlif ballistik raketlər və silahlı dronlar istifadə edilib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın ofisi məlumat yayıb.

Məlumata görə, yeni cavab zərbələri dalğası İsraildəki hədəfləri, o cümlədən Qaliley, Qolan Təpələri və Hayfanı, eləcə də regiondakı ABŞ hərbi bazalarını əhatə edib.

SEPAH-ın bəyanatında əlavə edilib ki, əməliyyat bərk yanacaqlı Xeybər-Şekan raketləri, maye yanacaqlı Qədr raketləri və pilotsuz uçuş aparatları istifadə edilərək uğurla həyata keçirilib.

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?