İsrailin Livana hücumları zamanı səhiyyə mərkəzi vurulub, nəticədə12 tibb işçisi həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilir ki, ölənlər arasında həkimlər, paramediklər və tibb bacıları da var.
Səhiyyə Nazirliyi İsrailin hücumlarının başladığı vaxtdan bu yana öldürülənlərin sayı barədə də məlumat verib. Bildirilib ki, İsrailin ölkəyə hücumlara başladığı vaxtdan bəri Livanda azı 773 nəfərin öldürülüb. Nazirliyin məlumatına görə, ölənlərdən 103-ü uşaqdır.