Rusiyanın birinci Prezidenti Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsinin 94 yaşı tamam olub.
Modern.az xəbər verir ki, bu münasibətlə Vladimir Putin Naina Yeltsinə təbrik məktubu ünvanlayıb.
Qeyd edək ki, Naina Yeltsin 14 mart 1932-ci ildə indiki Orenburq vilayətinin Şarlık rayonunun Titovka kəndində böyük bir ailədə anadan olub. O, Boris Yeltsinlə təhsil aldıqları zaman tanış olub. Cütlük 1956-cı ilin sentyabrında evlənib. 1985-ci ildə Naina Boris Yeltsinlə birlikdə Moskvaya köçüb və Yeltsin orada Sov.İKP MK-nın Tikinti şöbəsində işləməyə dəvət olunub. Həmin ilin iyun ayında o, Mərkəzi Komitənin tikinti üzrə katibi, dekabr ayında isə Moskva Şəhər Partiya Komitəsinin birinci katibi olub. Boris Yeltsin 12 iyun 1991-ci ildə Rusiya prezidenti seçilib, beləliklə də Naina birinci xanım olub.
31 may 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin Naina Yeltsin üçün aylıq 195.000 rubl müavinət müəyyən edən "B.N. Yeltsinin dul qadınına maliyyə dəstəyi haqqında" fərman imzalayıb.