Modern.az

ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi

ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi

Dünya

Bu gün, 14:58

ABŞ İranla müharibədən "qələbə elan edib geri çəkilməlidir".

Modern.az xəbər verir ki, bu təkliflə Ağ Evin Süni İntellekt Direktoru Devid Saks çıxış edib.

Bu, Donald Tramp administrasiyasının aparıcı şəxsinin İran münaqişəsinə son qoymağa çağırışının nadir nümunəsidir.

Saks "All-In" podkastında çıxışı zamanı deyib: "İndi qələbə elan edib geri çəkilmək üçün mükəmməl vaxtdır".

O, ABŞ-ın İranın hərbi imkanlarını zəiflətdiyini iddia edib.

"Razıyam ki, çıxış yolu tapmağa çalışmalıyıq. Əgər eskalasiya yaxşı bir şeyə gətirib çıxarmazsa, onda necə deeskalasiya edə biləcəyiniz barədə düşünməlisiniz. Düşünürəm ki, deeskalasiya İranla bir növ atəşkəsə və ya danışıqlar yolu ilə bir razılaşmaya nail olmağı əhatə edir",- Saks deyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?