Modern.az

Lukaşenko naziri qorxudan ZARAFAT ETDİ

Lukaşenko naziri qorxudan ZARAFAT ETDİ

Dünya

Bu gün, 15:55

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün Mogilyov vilayətinin Drybin rayonuna işgüzar səfəri zamanı kənd təsərrüfatı naziri Yuri Qorlov ilə etdiyi zarafat diqqət çəkib.

Modern.az xəbər verir ki, prezident naziri cəbhəyanı bölgəyə göndərməklə hədələyib.

"Hamı qaçır - generallar da, polkovniklər də. Hamı qaçır. Bəs müharibə necə olacaq? Mən qaçacağam, kim dincələcək? Xeyr, uşaqlar. Qorlov əgər buzov sanatoriyası tikməsə, hücumçu kimi irəli gedəcək. O, bir bölüyə komandanlıq edəcək", - deyə dövlət başçısı bildirib. 

Nazir isə ona belə cavab verib: "Mən onu tikib gedəcəyəm". Əvəzində Lukaşenko gülümsəyərək deyib: “Onu tikmək daha yaxşıdır, sonra isə...”

Lukaşenko cəbhə bölgəsi deyərkən Ukraynaının müharibə gedən sərhəd ərazisini nəzərdə tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?