Modern.az

Qazaxıstanda referendum baş tutmuş sayılıb

Qazaxıstanda referendum baş tutmuş sayılıb

Dünya

Bu gün, 13:45

Qazaxıstanda referendum baş tutub.

Modern.az xəbər verir ki, Qazaxıstanda yeni konstitusiya ilə əlaqədar üzrə keçirilən referendumda saat 14:00-a olan məlumata görə, seçici fəallığı 51,93% təşkil edib.

Beləliklə, qanunvericiliyə əsasən, bununla da referendum baş tutub.

 

***

09:18

 

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb.

Modern.az xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək.

Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb.

Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb.

Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?