Modern.az

İranda 56 muzey və tarixi abidə zərər görüb

İranda 56 muzey və tarixi abidə zərər görüb

Dünya

Bu gün, 15:27

İranda yerləşən onlarla muzey və tarixi abidə hərbi hücumlar nəticəsində zərər görüb.

Modern.az xəbər verir ki, bu barədə İranın Mədəni İrs, Turizm və Əl Sənətləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ və İsrailin hücumları nəticəsində ölkə üzrə azı 56 muzey və tarixi abidə, o cümlədən dünya irsi siyahısına daxil olan bəzi obyektlər zədələnib. Nazirlik bildirir ki, hücumlar zamanı bir sıra tarixi tikililərin konstruksiyasında ciddi dağıntılar qeydə alınıb.

Qeyd olunub ki, zərər görən obyektlər arasında qədim memarlıq nümunələri, muzey binaları və müxtəlif tarixi komplekslər var. Hazırda mütəxəssislər tərəfindən həmin abidələrdə ziyanın miqyası qiymətləndirilir və bərpa imkanları araşdırılır.

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?