İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin gizli şəkildə müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparıldığı iddia olunur.
Modern.az xəbər verir ki, bu barədə Küveytin “Al-Jarida” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, məlumat ali dini liderə yaxın mənbəyə istinadən verilib.
Mənbənin bildirdiyinə əsasən, Müctəba Xamenei səhhətində yaranan problemlərlə əlaqədar olaraq gizli şəkildə Moskvaya aparılıb və hazırda orada müalicə aldığı iddia edilir.