Modern.az

Qazaxıstanda referendum: seçici fəallığı 73,24 faiz olub

Qazaxıstanda referendum: seçici fəallığı 73,24 faiz olub

Dünya

Bu gün, 20:42

Saat 20:00-a olan məlumata görə, Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı ümumxalq referendumunda seçici fəallığı 73,24% və ya 9.126.850 vətəndaş təşkil edib. Səsvermə başa çatıb və məntəqə komissiyaları səsləri saymağa başlayıb.

Modern.az Mərkəzi Referendum Komissiyasına istinadən xəbər verir ki, qanuna görə, səslərin sayılması müddəti on iki saatdan çox olmamalıdır. İlkin nəticələr Mərkəzi Referendum Komissiyası tərəfindən elan ediləcək.

Səsvermə “Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?" sualı ilə keçirilib. Referendum iştirakçılarının siyahılarına ümumilikdə 12.461.796 vətəndaş daxil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?