Modern.az

Kremldən Müstəba Xameneinin Moskvada olduğu xəbərinə REAKSİYA

Kremldən Müstəba Xameneinin Moskvada olduğu xəbərinə REAKSİYA

Dünya

Bu gün, 14:36

Rəsmi Kreml İranın yeni Ali Lideri Müctəba Xameneinin müalicə üçün gizli şəkiləd Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməyib.

Modern.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalitsləırin bununla bağlı sualına belə cavab verib:

"Biz bu cür xəbərlərə şərh vermirik".

Küveytin "Əl-Cəridə" qəzeti daha əvvəl Xamneyinin müalicə üçün 12 martda Moskvaya aparıldığı barədə məlumat yayıb. İranın yeni Ali Liderinə yaxın yüksək vəzifəli mənbə qəzetə bildirib ki, Xamenei İrandan hərbi təyyarə ilə çıxarılıb. Mənbənin məlumatına görə, Xamenei artıq özəl klinikada əməliyyat olunub.

M.Xameni İranın Ali Lideri seçildiyindən bəri ictimaiyyət qarşısına çıxmayıb və İran mediası onun ictimai açıqlamasını dərc edib. 

ABŞ və İsrail onun ağır yaralandığını bəyan edib.

İran Xarici İşlər Nazirliyi Müctəba Xameneinin yaralandığını, lakin vəziyyətinin yaxşı olduğunu etiraf etməli olub.

Müctəba Xameneinin 57 yaşı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!