Modern.az

İranda İsrail casusunun adı açıqlandı - edam etdilər

İranda İsrail casusunun adı açıqlandı - edam etdilər

Dünya

Bu gün, 11:20

İranda İsrailin “Mossad” kəşfiyyat xidmətinə casusluq etməkdə təqsirləndirilən şəxsi edam ediblər.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, Kuroş Keyvani adlı casus “Mossad” zabitlərinə həssas yerlərin şəkillərini və məlumatlarını təqdim edib.

Onun barəsində çıxarılan ölüm hökmü bu səhər hüquqi prosedurdan keçdikdən və ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı