İranın qonşu ölkələrin şəhərlərinə hücumları bizim günahımız deyil.
Modern.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
"Qonşu ölkələrin şəhərlərinə hücumlar bizim günahımız deyil, Amerikanın günahıdır. Onlar qüvvələrini hərbi bazalardan çıxarıb şəhərlərdəki otellərə yerləşdiriblər. Ümumiyyətlə, regionu bu vəziyyətə gətirən ABŞ-ın davranışıdır.ABŞ qüvvələrini hərbi bazalarından çıxarıb həmin şəhərlərdəki otellərə yerləşdirib.Biz özümüzü yalnız düşmənlərin rəsmi bazaları ilə məhdudlaşdırmadıq. Amerika qüvvələri harada toplaşsa, harada obyektləri olsa, hədəfə alınıblar",- deyə A.Araqçı "Əl-Cəzirə"yə müsahibəsində bildirib.
Hörmüz boğazının bağlanması ilə bağlı isə Araqçı bildirib ki, müharibədən sonra su yolunda keçid üçün yeni bir protokol olmalıdır:
"Biz Hörmüz boğazı və müharibədən sonra gələcəkdə gəmilərin oradan keçməsi üçün yeni tənzimləmələr hazırlamalıyıq ki, bu su yolu vasitəsilə dinc naviqasiya aydın qaydalar çərçivəsində daimi olaraq saxlanıla bilsin".