Modern.az

“Ermənistanda Azərbaycan benzini Avropa benzini adı ilə satılır” - Nazir

“Ermənistanda Azərbaycan benzini Avropa benzini adı ilə satılır” - Nazir

Dünya

Bu gün, 14:36

“Sülh şəraitinin möhkəmlənməsi nəticəsində iki ildən çoxdur ki, bir nəfər də olsun əsgərimiz ölmür və mən bunu yüksək qiymətləndirirəm".

Modern.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli KİV-ə müsahibədə bildirib.

Papoyan deyib ki, “sülh dövründə onlarla, yüzlərlə erməni əsgəri həlak olub” deyən müxalifət liderləri öz övladlarını çoxdan ya hərbi xidmətdən azad etdiriblər, ya da onlara Amerikada, Rusiyada, Fransada və ya başqa ölkələrdə vətəndaşlıq alıblar.

Nazir Azərbaycan Respublikasından alınan benzinin keyfiyyətinən də danışıb. O, Azərbaycan benzininin guya vətəndaşların avadanlıqlara zərər verdiyi barədə iddiaları təkzib edib.

"Bizə belə şikayətlər daxil olmayıb, amma biz keyfiyyətli yoxlamalar aparırıq. Üstəlik, Ermənistana gətirilən benzin yoxlanılır. Azərbaycan benzininin keyfiyyəti yüksəkdir.

Bundan əlavə, Avropa benzini satdığını iddia edən bir şirkət var, əslində bu, Azərbaycan benzinidir. Biz çox aydın bir tələləb qoymuşuq: ya şirkət onun Azərbaycan benzini olduğunu bəyan etməlidir, ya da onu sata bilməyəcək.

İnsanları aldada, Azərbaycana pul köçürə, Azərbaycan benzinini Ermənistana gətirə, onu Avropa benzini kimi təqdim edə və vətənpərvər kimi davrana bilməzsiniz. Mən buna icazə verməyəcəyəm. Bu məlumat onlara həm şəffaf, həm də qeyri-şəffaf şəkildə çatdırılıb və onlar bunu çox yaxşı bilirlər", - deyə nazir bildirib.

Papoyan hələlik şirkətin adını çəkmək istəməyib: "Bu şirkətin seçimi var. Ya bu benzini satmayacaq, ya da satarsa, onu Azərbaycan benzini olduğunu bəyan etməlidir. Nazirlik şantajla məşğul olmur. İstehlakçıların benzinin Azərbaycan, yoxsa, məsələn, Rumıniya benzini olduğunu bilmək hüququ var".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı