Kreml İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini pisləyir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Suveren İranın, suveren və müstəqil İranın, eləcə də digər ölkələrin yüksək vəzifəli şəxslərinin sağlamlığına zərər vurmağa, daha da pisi, öldürülməsinə yönəlmiş hərəkətlər. Biz bu cür hərəkətləri pisləyirik", o deyib.
O, həmçinin qeyd edib ki, Moskva Yaxın Şərqdəki gərginliyin yaratdığı problemlər fonunda avropalılardan enerji əməkdaşlığı ilə bağlı dialoq aparmaq istədikləri barədə heç bir siqnal almayıb.