Modern.az

Hüseyn Dehqanın Laricanini əvəz etdiyi təkzib olundu

Hüseyn Dehqanın Laricanini əvəz etdiyi təkzib olundu

Dünya

Bu gün, 17:43

Hüseyn Dehqanın İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilməsi xəbəri təkzib edilib.

Modern.az xəbər verir ki, bu barədə yarımrəsmi “Tasnim” Agentliyinin İslam İnqilabı Fondunun Media Mərkəzinə istinadən yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, son bir neçə saat ərzində bəzi media orqanları Hüseyn Dehqanın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunduğunu iddia edən təhrif olunmuş xəbərlər dərc ediblər, lakin bu informasiya həqiqətə uyğun deyil və təkzib olunur.

Xatırladaq ki, Ali Milli Təhlükəsizlik Şurasının əvvəlki katibi Əli Laricani martın 17-də İsrailin hava hücumu nəticisndə öldürülüb.

Martın 19-da yayılan xəbərdə mühafizəkar Səid Cəlilinin onun yerinə təyin olunduğu bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı