İranın Hava Hücumundan Müdafiə qüvvələri ABŞ-ın beşinci nəsil F-35 qırıcısı vurulub.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanlı məlumat yayıb. Qeyd olunub ki, qırıcı İranın Hava Hücumundan Müdafiə qüvvələrinin atəşinə məruz qaldıqdan sonra döyüş tapşırığını yarımçıq qoyaraq Yaxın Şərqdəki hərbi bazalardan birinə təcili eniş etməyə məcbur olub.
Bu hadisə genişmiqyaslı döyüş əməliyyatları başlayandan bəri ABŞ təyyarəsinin İran tərəfindən vurulduğu ilk haldır.