Prezident Donald Tramp administrasiyasının neft mərkəzini işğal etmək və ya blokada etmək planlarını nəzərdən keçirdiyi barədə xəbərlərdən sonra ABŞ istənilən vaxt İranın Xarq adasını ələ keçirə bilər.
Modern.az xəbər verir ki, AFP-nin məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibinin baş müavini Anna Kelli bildirib. O deyib: "Prezident əmr edərsə, ABŞ ordusu Xarq adasını istənilən vaxt ələ keçirə bilər”.
O əlavə edib ki, "Prezident Tramp İranın naviqasiya azadlığına və enerjinin sərbəst axınına mane olmağa çalışacağından tam xəbərdardır və artıq 40-dan çox mina yerləşdirən gəmini məhv etmək üçün tədbir görüb".
Bu arada, Amerika mediasının verdiyi xəbərlərə görə, ABŞ Yaxın Şərqə əlavə dəniz piyadaları göndərir və bu, ABŞ-İsrail hərbi kampaniyasının başlamasından üç həftə sonra qarşıdan gələn quru əməliyyatına işarə edə bilər.