Modern.az

Gürcüstan azərbaycanlıları Xameneiyə görə Ramazan bayramını təxirə saldılar

Gürcüstan azərbaycanlıları Xameneiyə görə Ramazan bayramını təxirə saldılar

Dünya

Bu gün, 10:30

Gürcüstanın borçalı bölgəsindəki Marneuli rayonunda bu il Ramazan bayramı münasibətilə ənənəvi şənlik mərasimləri təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə Marneulinin azərbaycanlı din xadimi - imamcümə Seyid Mirismayıl Əsədov bildirib.

“Ayətullah Seyid Əli Xameneinin şəhadəti və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın vəfatı biz müsəlmanları dərindən kədərləndirdi. Belə bir şəraitdə Marneulidə ənənəvi Ramazan bayramı şənliyinin bu il təşkil olunmayacağını bildirmək istəyirəm. Hər iki dini liderə Allahdan rəhmət diləyirəm”,- deyə Mirismayıl Əsədov qeyd edib.

Xatırladaq ki, İsrail-ABŞ kolisiyasının fevralın 28-də İrana hücumu nəticəsində bu ölkənin Ali Lideri Seyyid Əli Xamenei öldürülüb. Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya isə martın 17-də vəfat edib. 

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı