Modern.az

Paşinyanın yeni hoqqası - “Kartofyeyənlər” VİDEOSU

Paşinyanın yeni hoqqası - “Kartofyeyənlər” VİDEOSU

Dünya

Bu gün, 11:07

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə paylaşdığı video ilə diqqətləri üzərinə çəkib.

Modern.az xəbər verir ki, 7 iyun seçkilərinə hazırlaşan Baş nazir ölkədaxili səfərləri zamanı avtobusda etdiyi qeyri-adi hərəkətlərlə vətəndaşların rəğbətini qazanmağa çalışır.

Nikol Paşinyan bu dəfə avtobusda parlament sədri Alen Simonyanla birlikdə kartof soyutması yeyərkən videoya çəkilib. Videodan görünür ki, qaynar soyutma hətta az qala onun əlini yandırır. Hər halda Paşinyan belə görüntü yaradır.

Baş nazirin sosial mediada “Kartofyeyənlər” başlığı ilə paylaşdığı video xeyli iləyici reaksiyası toplayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri İranla İsrail-ABŞ müharibəsi və digər geosiyasi proseslər fonunda bundan əvvəl də belə qayğısız paylaşımlar edib. Paşinyan daha əvvəl ölkədaxili səfərləri zamanı avtobusda qarğıdalı, pirojki, sucuq, lavaş və turşu dürməyi yeməsi, Gürcüstana səfər zamanı barabanda ifa etməsi, Fransada olarkən alma yeyərək video paylaşması ilə gündəmə gəlmiş və onun bu hərəkətləri birmənalı qarşılanmamışdı.

Paşinyanın hərəkətləri bir çox hallarda obraza girmə, siyasi imici üçün PR kimi qiymətləndirlir. Bəziləri isə bunun onun təbii xarakteri olduğunu düşünürlər.

Bir sözlə, Paşinyan kənardan Baş nazirdən daha çox sosial media fenomeni kimi görünür.  

Paşinyanın “Kartofyeyənlər” videosunu təqdim edirik:

 


 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı